Birləşmiş Millətlər Təşkilatı (BMT) 14 milyon insanın şiddətli aclıqla üzləşdiyi bir ölkədə taliblərin hakimiyyəti ələ keçirməsindən sonra Əfqanıstanda humanitar böhranın yaşana biləcəyi ilə bağlı xəbərdar edib.
Editor.az xəbər verir ki, BMT -nin Dünya Ərzaq Proqramının Əfqanıstan direktoru Mary Ellen McGroarty-un Kabuldan olan jurnalistlərə verdiyi açıqlamada Əfqanıstandakı münaqişənin sosial və iqtisadi təsirlərinin, 3 ildə baş verən ikinci şiddətli quraqlığın və yeni növ koronavirusun (Covid) ölkəni fəlakətə sürüklədiyini qeyd edib.
McGroarty quraqlıq səbəbiylə əkin sahələrinin 40 % -dən çoxunun məhv edildiyini və mal -qaranın zərər gördüyünü, ölkədə Taliban hərəkatının irəliləməsi səbəbindən yüz minlərlə insanın köçkün düşdüyünü söyləyib. Qışın sürətlə yaxınlaşdığını qeyd edən McGroarty, ən çox ehtiyac olan yerlərdə ərzaq əldə etmək üçün yarışın başladığını deyib. Dünya Qida Proqramının may ayında 4 milyon insana çatdığını ifadə edən McGroarty, önümüzdəki bir neçə ayda 9 milyona çatmağı planlaşdırdıqlarını vurğulayıb.O donorları ölkəyə ərzaq təmin etmək üçün lazım olan 200 milyon dolları toplamağa çağırıb və ehtiyacı olanların qış başlamadan və yolların bağlanmasından əvvəl əldə edilə biləcəyini bildirib.
//Gülnarə Abasova, Editor.az

