BMT: Hindistan 2023-cü ilin ortalarına qədər əhalinin sayına görə Çini keçəcəkbackend

BMT: Hindistan 2023-cü ilin ortalarına qədər əhalinin sayına görə Çini keçəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan əhalisi 2023-cü ilin ortalarına qədər 1,4286 milyarda çatacaq və Çinin 1,4257 milyard əhalisini keçəcək.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı məlumat yayıb.

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun sözçüsü Eddi Rayt bildirib ki Hindistan əhalisinin Çin əhalisini ötəcəyi günü dəqiq demək mümkün deyil.

Qeyd edək ki, yanvar ayında “World Population Review’ da Hindistanın 2023-cü ildə əhali sayına görə Çini ötəcəyini bildirmişdi.

//Gülnarə Abasova, Editor.az