BMT İsrail və Fələstini hərbi əməliyyatları dərhal dayandırmağa çağırıbbackend

BMT İsrail və Fələstini hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin Baş katibi Antoniu Quterreş İsrail və Fələstini hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

“RİA Novosti” xəbər verir ki, bunu Baş katibin rəsmi nümayəndəsi Stefan Dücarrik brifinq zamanı bəyan edib.

O bildirib ki, BMT münaqişənin həlli məqsədilə tərəflər arasında vasitəçilik etməyi təklif edib. Dücarrik vurğulayıb ki, hərbi əməliyyatların davamı bölgədə humanitar böhrana səbəb ola, həmçinin regional təhlükəsizliyi təhdid edə və ekstremizmi alovlandıra bilər.

Loading...