BMT İsraildən Qəzzaya keçid məntəqəsinin tezliklə açıla biləcəyini bildiribbackend

BMT İsraildən Qəzzaya keçid məntəqəsinin tezliklə açıla biləcəyini bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzza zolağının İsraillə sərhədindəki Kerem Şalom və bölgənin Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqələri yaxın vaxtlarda açıla bilər, bununla bağlı danışıqlar davam edir.

Editor.az TASS-a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib. Griffiths vurğulayıb ki, Qəzza xalqı onilliklər ərzində güvəndikləri yardım təşkilatlarının bundan sonra onları tərk etməyəcəyini bilməlidir.

Diplomatın sözlərinə görə, hazırda regionda iki “qiyamət atlısı” (incildəki “Apokalipsis” kitabının personajları – redaktorun qeydi) – münaqişə və xəstəlik var. BMT nümayəndəsi Qəzza zolağında vəziyyətin daha da pisləşəcəyini bildirib.

//Gülnarə Abasova, Editor.az