Birləşmiş Millətlər Təşkilatının bəyanatında deyilir ki, İsrail ordusu Qəzzadakı təxminən 1,1 milyon fələstinlinin yaxın 24 saat ərzində bölgənin cənubuna köçürülməsi barədə məlumatlandırılıb.
Editor.az xarici mediaya istinadən bildirir ki, BMT-nin sözçüsü Stefan Dujarrik məsələ ilə bağlı yazılı açıqlama verib.
İsrail ordusunun qərarından geri çəkilməsini istədiklərini vurğulayan Dujarrik, Qəzza əhalisini tərk etməyə məcbur etmənin çox ağır nəticələri olacağını qeyd edib: “BMT İsrail ordusunun bu istiqamətdə göstərişinə qəti şəkildə qarşı çıxır və onun ləğvini tələb edir”.
//Safura Bənnayeva, Editor.az

