BMT Kaxovka SES-ə görə növbədənkənar iclas keçirirbackend

BMT Kaxovka SES-ə görə növbədənkənar iclas keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Təhlükəsizlik Şurası Ukraynanın Kaxovka Su Elektrik Stansiyasında baş vermiş partlayışla əlaqədar növbədənkənar iclas keçirir.

Bu barədə Ukraynanın BMT-dəki nümayəndəsi Sergey Kislitsa öz “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, görüş Kiyev vaxtı ilə saat 23:00-da (Bakı vaxtı ilə 00:00) başlayıb.

Qeyd edək ki, bu gün Rusiyanın işğalı altında olan Ukraynanın Xerson vilayətindəki Kaxovskaya Su Elektrik Stansiyasının bəndi partladılıb. Ukraynanın “Cənub” operativ komandanlığı Su Elektrik Stansiyasının Rusiya tərəfindən partlatdığını açıqlayıb.

Oxu.az