BMT kölgəsində Azərbaycana erməni hücumubackend

BMT kölgəsində Azərbaycana erməni hücumu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“BMT” abreviaturası planetin hər bir vətəndaşına yaxşı tanışdır – onilliklər ərzində təşkilat sülh və əmin-amanlığın simvolu rolunu yerinə yetirib. Müharibələr, daxili münaqişələr, təbii fəlakətlər və ekoloji fəlakətlərin nəticələrindən əziyyət çəkən ölkələrə və əhalinin yoxsul təbəqəsinə yardım göstərmək uğrunda mübarizənin bir növ simvolu rolunu oynayıb. Zeytun budağı obrazı ilə qlobal istiləşmə ilə mübarizədən tutmuş bəşəriyyətin ərzaq təhlükəsizliyinin təmin edilməsinə kimi bəşəriyyətin aktual problemlərinin həllinə yönəlmiş yüzlərlə strateji əhəmiyyətli təşəbbüslər irəli sürülüb. lakin təəssüflə qeyd etməliyik ki, bu qeyri-adi mənzərə 21-ci əsrin reallıqlarına uyğun gəlmir.

Bizləri belə xoşagəlməz qənatə gəlməyə BMT əməkdaşlarından biri, Ermənistan vətəndaşı Armen Qriqoryan ilə bağlı epizod vadar edib. BMT-nin İnkişaf Proqramının İstanbuldakı regional mərkəzinin əməkdaşı olan bu cənab Twitter-də üstüörtülü və açıq şəkildə antitürkiyə və antiazərbaycan təbliğatı aşılayır. BMT əməkdaşından Ermənistan vətəndaşlığından uzaqlaşmasını tələb etmək fikrində deyilik. Lakin nəzərə alsaq ki, Qriqoryanın vətəni qonşu dövlətin ərazisini işğal etmiş klassik təcavüzkardır və onun maaş aldığı struktur da Azərbaycan torpaqlaırnın azad olunması barədə qətnamələr qəbul edib. O zaman bu ittihamı səsləndirməyin yeri var. ArmenQriqoryan UNDP-də BMT-nin loqosu altında revanşizmi təbliğ edir, Paşinyanın yenilməz Ermənistan ordusunun “qüdrətli silahı” haqqında yazılarını paylaşır.

Eyni zamanda 2020-ci ildə fəaliyyətini dayandırmış həmişəyaşar “Artsax”a səfərləri ilə öyünür, döyüşlərdə həlak olan Azərbaycan əsgərləri haqqında yazılardan ləzzət alır. Bu bəyanatların hər birində Qriqoryan BMT əməkdaşının peşəkar statusu ilə bağlı ən azı bir neçə müddəanı kobud şəkildə pozub. Sual oluna bilər ki, BMT rəhbərliyi əməkdaşının aqressiyası və millətçiliyinin təzahürünə necə reaksiya verdi? Son dərəcə “sərt” fomada Armen Qriqoryan “cəzalandırıldı” – Şimali Makedoniyada BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi vəzifəsini alan növbəti yüksəlişə layiq görüldü.

Beləliklə, ölkəmiz bu üzdəniraq BMT nümayəndəsinin Azərbaycanın ünvanına eyham və təhqirlərinə çoxmu dözəcək? Əminik ki, BMT-nin himayəsi altında işləmək şərəfinə layiq görülən Azərbaycan vətəndaşlarından heç biri Ermənistanın siyasi rəhbərliyinə və xalqına ünvanlanan bu cür kobud və məsuliyyətsiz ifadələrə heç vaxt yol verməzdi. Bəs niyə bu şəxsə bu imkan verilib? Kim ona Yupiter rolunu oynamağa imkan verib? İnanmaq istərdik ki, Azərbaycanın aidiyyatı rəsmi nümayəndələri bu suallara yaxın vaxtlarda dolğun cavab verəcəklər.