BMT-nin Baş katibi António Quterreş ABŞ-İsrail – İran müharibəsi haqqında bəyanat yaydıbackend

BMT-nin Baş katibi António Quterreş ABŞ-İsrail – İran müharibəsi haqqında bəyanat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin Baş katibi António Quterreş ABŞ və İsraili İrana qarşı hərbi əməliyyatları dayandırmağa çağıran bir bəyanat yaydı.

O, həmçinin Tehranı qonşu ölkələrə hücumlardan çəkinməyə çağırıb. “Nəzarətdən tamamilə çıxmaq riski daşıyan bu müharibəyə son qoymağın vaxtı çatıb.”– António Quterreş bildirib.

BMT-nin Baş katibi həmçinin Hörmüz boğazının bağlanmasının qlobal iqtisadiyyata zərər verdiyini qeyd edərək, onun açılmasını tələb edib.

BMT daha əvvəl Yaxın Şərqdəki böhranın 45 milyon insan üçün aclığa səbəb ola biləcəyini bildirmişdi.

//Samir Qurbanov, Editor.az