BMT-nin baş katibi Ukraynada sülhə çağırıbbackend

BMT-nin baş katibi Ukraynada sülhə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres Ukraynada sülhə çağırıb.

Editor.az bu barədə RİA Novosti-yə istinadla məlumat yayıb. Onun sözlərinə görə, Ukraynada münaqişə genişlənir və onun səngiməsinin əlaməti yoxdur. Quterreş bunun bədəlini mülki həyatlar və məhv edilmiş icmalarla ödədiyini vurğulayıb.

Onun sözlərinə görə, BMT Nizamnaməsinə beynəlxalq hüquqa və təşkilatın qərarlarına əsaslanan ədalətli dünyanın vaxtıdır. Quterreş ötən gün bildirib ki, Yaxın Şərqdən tutmuş Ukrayna və Sudana kimi bütün dünyada münaqişələr çoxalır və şiddətlənir, bunun sonu görünmür.

Qeyd edək ki, sentyabrın 10-da Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyası işə başlayıb. Əsas hadisə sentyabrın 29-da fasilə olmaqla, 24-30 sentyabr tarixlərini əhatə edən yüksək səviyyəli həftə olacaq.

//Gülnarə Abasova, Editor.az