BMT-nin baş katibi Yaxın Şərqdə münaqişənin yayılmasının qarşısını almağa çağırıbbackend

BMT-nin baş katibi Yaxın Şərqdə münaqişənin yayılmasının qarşısını almağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin baş katibi Antonio Quterreş Yaxın Şərq bölgəsini barut çəlləyinə çevirib və regionda münaqişələrin qarşısının alınmasına diqqət çəkib.

Editor.az xəbər verir ki, bu barədə Quterreş Uqandada keçirilən G77 sammitinin açılışında bildirib. “Yaxın Şərq barut çəlləyidir. Biz regionda münaqişələrin alovlanmasının qarşısını almaq üçün əlimizdən gələni etməliyik”, – deyə BMT-nin baş katibi bildirib.

Onun fikrincə, İsrailin hərbi əməliyyatları kütləvi qırğına və dinc əhalinin ölümünə səbəb olub, bu, ürək parçalayan və tamamilə qəbuledilməz vəziyyətdir. Eyni zamanda, Antonio Quterreş Yaxın Şərqdəki münaqişənin Fələstin dövlətinin yaradılması yolu ilə həllindən imtinanı qəbuledilməz adlandırıb.

//Gülnarə Abasova, Editor.az