BMT-nin baş katibi Yəmən və İsrail arasındakı gərginliyi pisləyibbackend

BMT-nin baş katibi Yəmən və İsrail arasındakı gərginliyi pisləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin baş katibi Antonio Quterreş Yəmən ilə İsrail arasında gərginliyin artması və İsrail Səna hava limanına hava hücumundan sonra verdiyi açıqlamada mülki şəxsləri və humanitar yardım işçilərini müdafiə etməyə çağırıb.

Editor.az xəbər verir ki, Quterreşin ofisindən verilən açıqlamada bele deyilir. “Baş katib Yəmən və İsrail arasında artan gərginliyi pisləyir”,- deyə bildirilib.

Açıqlamada Quterreş qarşılıqlı hücumları humanitar yardım əməliyyatları üçün ciddi təhlükə kimi qiymətləndirib və bu vəziyyətin narahatlıq doğurduğunu vurğulayıb. Həmçinin İsrailin Yəməndəki Beynəlxalq Səna Hava Limanı, Qırmızı dəniz limanları və elektrik stansiyalarına qarşı hava hücumlarının xüsusilə narahat olduğu bildirilib. Quterreş regionda gərginliyin daha da artması riskindən narahat olduğunu bildirib və bütün hərbi əməliyyatları dayandırmağa və maksimum təmkinli olmağa çağırıb.

Quterreş həmçinin qeyd edib ki, milyonlarla insanın həyati yardıma ehtiyacı olduğu bir vaxtda Qırmızı dəniz limanlarına və Səna hava limanına hava zərbələri humanitar əməliyyatlar üçün ciddi təhlükə yaradır. Baş katib mülki əhalinin və infrastrukturun qorunmasının vacibliyini vurğulasa da humanitar yardım işçilərinin hədəfə alınmaması lazım olduğunu bildirib.

//Gülnarə Abasova, Editor.az