BMT-nin bəyanatı: Quterreş Qrossinin Zaporojye ilə bağlı ifadə etdiyi narahatlığı bölüşürbackend

BMT-nin bəyanatı: Quterreş Qrossinin Zaporojye ilə bağlı ifadə etdiyi narahatlığı bölüşür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin baş katibi Antonio Quterreş Zaporojye Atom Elektrik Stansiyasına (AES) edilən hücumlarla bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) narahatlığını bölüşüb.

Editor.az xəbər verir ki, BMT baş katibinin sözçüsü Stefan Düjarrikin verdiyi açıqlamada Antonio Quterreşin Zaporojye AES-ə edilən hücumlarla bağlı MAQATE-nin narahatlığını bölüşdüyü bildirilib.

“BMT-nin Baş katibi MAQATE-nin baş direktoru Rafael Qrossinin Zaporojye AES-ə PUA hücumları ilə bağlı ifadə etdiyi narahatlığı bölüşür”,- Düjarrik deyib.

Bundan əvvəl Bloomberg agentliyi MAQATE-nin baş direktoru Qrossinin bazar günü İHA hücumundan sonra Zaporojye AES-in nüvə qəzasına “çox yaxın” olduğunu bildirən bəyanatını dərc etmişdi. Xəbərə görə, baş verənləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında müzakirə edəcəyinə işarə edən Qrossi, Rusiya ilə “orta müddətli planı və gələcəkdə elektrik stansiyasında baş verə biləcəkləri” müzakirə etdiyini də sözlərinə əlavə edib.

//Gülnarə Abasova, Editor.az