BMT-nin faktaraşdırıcı missiyası Azərbaycandadırbackend

BMT-nin faktaraşdırıcı missiyası Azərbaycandadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin faktaraşdırıcı missiyası artıq Azərbaycandadır.

Editor.az Trend-ə istinadən bildirir ki,  bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib.

O, BMT-nin faktaraşdırıcı missiyasının artıq Azərbaycanda olduğunu və Azərbaycan tərəfi ilə səmərəli müzakirələr apardığını, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un keçirilməsi ilə bağlı Azərbaycan tərəfindən görülən hazırlıq işlərinin yüksək qiymətləndirildiyini qeyd edib.

Saymon Stil BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının əməkdaşlarının Azərbaycanda müxtəlif sahələr üzrə tərəfmüqabilləri ilə çox məhsuldar görüşlər keçirdiklərini və müzakirələr apardıqlarını vurğulayıb.

O, COP29-un keçirilməsi üzrə Azərbaycanda yaradılmış təşkilat komitəsində qadınların yer almasını müsbət dəyərləndirib. Qonaq qeyd edib ki, artıq COP-un 28 dəfə təşkil edilməsi və təmsil etdiyi təşkilatın heyətinin COP-un keçirilməsi üzrə zəngin təcrübəsini nəzərə alaraq BMT ailəsi olaraq Azərbaycanı dəstəkləməyə və təcrübələrini bölüşməyə hazırdırlar.