Ukraynanın elektrik enerjisi istehsal gücünün yarıdan çoxu məhv edildiyi üçün BMT-nin bu qış ukraynalılara kömək etmək üçün kifayət qədər vəsaiti yoxdur. “Suspilne” yazır ki, BMT-nin Qaçqınlar üzrə Agentliyinin (UNHCR) sözçüsü Caroline Lindholm Billing, “Bizim kimi təşkilatlar üçün maliyyə səviyyəsi ilin bu vaxtı üçün çox aşağıdır”, – deyib.
Hazırda agentlik müharibədən əziyyət çəkən və ya köçkün düşmüş milyonlarla ukraynalıya kömək etmək üçün lazım olan vəsaitin cəmi 47%-nə malikdir. Keçən il bu rəqəm 70 faiz olub.
Qeyd edək ki, hazırda Ukraynada 3,6 milyona yaxın məcburi köçkün var, lakin infrastrukturun dağıdılması və işğalçıların fəallaşması əhalinin yeni yerdəyişməsinə səbəb olur. Məsələn, avqustun 1-dən bəri təxminən 99 min insan Donetsk vilayətinin cəbhəyanı kəndlərini təxliyə edib və ya tərk edib. Əlavə edildiyi kimi, BMT QAK məcburi köçkünlərə dəstək göstərmək və əhalinin ən həssas qruplarına, xüsusən qış fəsli başlamazdan əvvəl yardım göstərmək üçün Ukrayna təşkilatları ilə işləyir. Hazırda təxminən 650 min insan bu yardımı alır.
//Samir Qurbanov, Editor.az