BMT Qəzzada aclıq elan edibbackend

BMT Qəzzada aclıq elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT agentlikləri və humanitar təşkilatların birgə bəyanatında Qəzza zolağında ilk dəfə olaraq fəlakətli aclıq elan edilib.

Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

“Qəzza zolağında yarım milyondan çox insan geniş yayılmış qida çatışmazlığı və yoxsulluqla səciyyələnən qıtlığın məngənəsindədir”,- deyə bildirilib.

BMT baş katibinin humanitar məsələlər üzrə müavini Tom Fletcher Cenevrədə keçirdiyi mətbuat konfransında humanitar təşkilatların region xalqlarına ərzaq və humanitar yardım göstərməyə davam edəcəyi təqdirdə bu vəziyyətin qarşısını ala biləcəyinə inandığını bildirib.

Bu kontekstdə o, İsrailin baş naziri Benyamin Netanyahudan Qəzzada döyüşlərə son qoymağa və qəzzalıların ərzaq və ilkin tələbat mallarına sərbəst şəkildə çata bilməsi üçün ərazinin şimal və cənubundakı bütün keçid məntəqələrini açmağa çağırıb.

//Gülnarə Abasova, Editor.az