BMT rəsmisindən Azərbaycanla bağlı AÇIQLAMAbackend

BMT rəsmisindən Azərbaycanla bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz Azərbaycan və BMT arasında tərəfdaşlığın 30 illiyi münasibətilə keçiriləcək tədbirlər üzərində Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi ilə birgə işləyirik”.

Editor.az xəbər verir ki, bunu Trend-ə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva deyib.

Onun sözlərinə görə, birinci tədbir martın 2-də, Azərbaycanın BMT-yə üzv olduğun gün, ikinci tədbir oktyabrın 24-də qeyd olunan BMT Günündə keçiriləcək. 

V.Andreyeva qeyd edib ki, həmçinin tərəfdaşlığın 30 illiyinə həsr olunmuş bir sıra sərgilər, “dəyirmi masa” müzakirələri təşkil olunacaq. O əlavə edib ki, tezliklə digər tədbirlərin cədvəli də elan olunacaq.