Rusiya Federasiyası ilə ABŞ arasında Ukrayna ilə bağlı danışıqlar yalnız ikitərəfli xarakter daşıyır, Birləşmiş Millətlər Təşkilatı (BMT) vasitəsilə deyil.
Editor.az xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski müsahibəsində deyib.
“İndiyə qədər hər şey ikitərəfli formatda gedirdi. Biz BMT-nin işi ilə bağlı məsələlər üzrə ABŞ ilə ikitərəfli dialoqumuzu dayandırmamışıq”, – diplomat bildirib.
Polyanski daha əvvəl bildirmişdi ki, BMT-dəki qərb diplomatları Rusiya və ABŞ arasında danışıqları pozmağa çalışırlar.
//Gülnarə Abasova, Editor.az