BMT Rusiyanın Ukraynaya təcavüzünü pisləyən yeni qətnamə qəbul edibbackend

BMT Rusiyanın Ukraynaya təcavüzünü pisləyən yeni qətnamə qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-yə üzv olan 193 ölkədən 54-ü Rusiya ordusunun Ukrayna ərazisindəki hərəkətlərini pisləyən qətnaməni dəstəkləyib. Onlar qoşunların ölkədən dərhal çıxarılmasını tələb edirlər. Bəyanatı imzalayanlar arasında ABŞ, Aİ ölkələri, Türkiyə, Kanada, Avstraliya, Asiya və Latın Amerikası dövlətləri var.

Editor.az-ın məlumatına görə bu barədə BMT-nin saytında bildirilir. Qətnaməni dəstəkləyən dövlətlərin tam siyahısı Ukraynanın təşkilatdakı daimi nümayəndəsi tərəfindən verilmişdir. Bəyanatda bildirilir ki, BMT ölkələri “dövlətlərin ərazi bütövlüyünü pozmaq cəhdlərinə dözməməli və onları hüquqi hərəkətlər kimi qiymətləndirməlidir”. BMT üzv digər ölkələr də Rusiyanı hərbi əməliyyatları tamamilə dayandırmağa və münaqişənin sülh yolu ilə həllinə doğru irəliləməyə çağırıb. Rusiya-Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həllini görmək istəyini dünən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya da bildirib. Lakin o, bunu da vurğulayıb ki, sülh yolu ilə həll yolunun işlənib hazırlanması Rusiya hakimiyyətinin qarşıya qoyduğu məqsədlərə nail olmanın şərtinə çevrilməlidir.

Qeyd edək ki, BMT Baş Assambleyası Rusiyadan Ukraynadakı xüsusi əməliyyatı dayandırmağı və qoşunlarını çıxarmağı tələb edən qətnaməni hələ martın 2-də qəbul edib. Həmin vaxt 141 ölkə qətnamənin lehinə, 5-i əleyhinə, 35-i isə bitərəf qalmışdı.

  //Samir,Editor.az