BMT: “Sudanda 13 milyon dollarlıq ərzaq yardımı talan edilib”backend

BMT: “Sudanda 13 milyon dollarlıq ərzaq yardımı talan edilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatına bağlı Ümumdünya Ərzaq Proqramı (ÜƏP) ötən ay münaqişələrin yenidən başladığı Sudanda 13 milyon dollarlıq ərzaq yardımının talan edildiyini açıqlayıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, “Reuters” Agentliyi bu barədə məlumat yayıb.

BMT-nin Humanitar Məsələlər üzrə Baş katibin müşaviri Martin Griffits bir gün əvvəl Sudanda döyüşən tərəfləri humanitar yardım və personal üçün təhlükəsiz dəhlizlərin yaradılmasına icazə verməyə çağırıb.

BMT-nin məlumatına görə, Sudanda münaqişənin bərpasından sonra 100 minə yaxın insan qonşu ölkələrə sığınıb. Ölkənin üçdə birinin ərzaq yardımından asılı yaşadığı təxmin edilir.

//Safura Bənnayeva, Editor.az