BMT süni intellekt səbəbindən iş yerlərinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edirbackend

BMT süni intellekt səbəbindən iş yerlərinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Süni intellektin inkişafı dünya üzrə iş yerlərinin 40%-nə təsir edə bilər.

Editor.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) proqnozunda deyilir.

Mütəxəssislər bildirirlər ki, süni intellekt məhsuldarlıq səviyyəsinin yüksəlməsini təmin edə bilər, eyni zamanda proseslərin avtomatlaşdırılması səbəbindən iş itkilərinə də səbəb ola bilər.

Eyni zamanda, proqnozda vurğulanır ki, süni intellekt yeni sənaye sahələri yarada və işçilərin imkanlarını genişləndirə bilər.

Mütəxəssislər 2033-cü ilə qədər rəqəmsal transformasiyanın əsas hərəkətverici qüvvəsinə çevriləcək süni intellektin ölkələr arasında bərabərsizliyin daha da artması riskini daşıdığını bildiriblər.

//Gülnarə Abasova, Editor.az