BMT: Talibanın Əfqanıstanda qadınlara qarşı etdikləri “insanlığa qarşı cinayət”dirbackend

BMT: Talibanın Əfqanıstanda qadınlara qarşı etdikləri “insanlığa qarşı cinayət”dir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı (BMT) Beynəlxalq Cinayət Məhkəməsinin Əfqanıstanda cinsi ayrı-seçkiliyi “insanlığa qarşı cinayət” kimi təqib etməli olduğunu bəyan edib.

Editor.az xəbər verir ki, BMT-nin Qlobal Təhsil üzrə xüsusi nümayəndəsi və İngiltərənin keçmiş baş naziri Qordon Braun mətbuat konfransında Əfqanıstanda qızların təhsili ilə bağlı açıqlamalar verib. “Aldığımız hüquqi rəy göstərir ki, əfqan qızların təhsildən, əfqan qadınlarının işdən məhrum edilməsi gender ayrı-seçkiliyidir. Bu, “insanlığa qarşı cinayət” kimi qiymətləndirilməli və Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunmalıdır”, – Braun bildirib.

“Taliban rəhbərliyinin dərc etdiyi 80 bəyannamədən 54-nün qadın və qızların hüquqlarını hədəf aldığını” bildirən Braun, son vaxtlar yeni qadağaların əlavə olunduğunu, qız tələbələrin universitetə ​​qəbul imtahanlarına girmələrini və ictimai yerlərə səfərlərini məhdudlaşdırdığını qeyd edib. Braun Beynəlxalq Cinayət Məhkəməsinin bu məsələyə baxması üçün səbəb kimi Xeyirə Dəvət və Şərin Qarşısının Alınması Nazirliyinin yaradılmasını və Müstəqil Əfqanıstan İnsan Haqları Komissiyasının ləğvini göstərib.

//Gülnarə Abasova, Editor.az