BMT Taxıl Dəhlizi Sazişinin uzadılmasına dəstək istəyibbackend

BMT Taxıl Dəhlizi Sazişinin uzadılmasına dəstək istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsinin birinci ilinə yaxınlaşdığı bir vaxtda BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri Çaba Kyoryoşi Xüsusi Ukrayna Sessiyasında çıxış edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Çaba bütün tərəfdarlara “Mart ayında Qara Dəniz Taxıl Təşəbbüsünün yenilənməsi və yoxlamaların sürətləndirilməsi” istiqamətində çağırış edib.

“Bu, təşəbbüsün davamlı və vaxtında həyata keçirilməsi təkcə insanların həyatını xilas etmək və qlobal qiymətləri sabitləşdirmək üçün vacib deyil, həm də böhran vəziyyətində idarəetmənin güclü nümunəsini göstərir”,-deyə o, bildirib.

Kyoryoşi eyni zamanda, Rusiya ilə Ukrayna arasındakı müharibə səbəbiylə Avropanın onilliklərdir görmədiyi  dağıntılara və ölümlərə şahid olduğuna diqqət çəkib:

“Beynəlxalq humanitar hüququn birbaşa pozulması mülki infrastrukturun sistemli şəkildə hədəfə alınması milyonlarla ukraynalını qışın ortasında enerjisiz, susuz qoyub”.

//Safura Bənnayeva, Editor.az