BMT Təhlükəsizlik Şurası dekabrın 9-da Ukrayna ilə bağlı iclas keçirəcəkbackend

BMT Təhlükəsizlik Şurası dekabrın 9-da Ukrayna ilə bağlı iclas keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Təhlükəsizlik Şurası 9 dekabr tarixində Ukrayna ilə bağlı açıq iclas təşkil edəcək.

Bu barədə məlumatı Sloveniyanın BMT-dəki Daimi Nümayəndəliyinin mətbuat xidməti yayıb.

Qeyd edək ki, Sloveniya dekabr ayında Şuraya sədrlik edir. İclasın yerli vaxtla saat 10:00-da başlaması planlaşdırılır.

Məlumata görə, iclasın keçirilməsi təşəbbüsü Sloveniyanın milli müraciəti əsasında, həmçinin Danimarka, Fransa, Böyük Britaniya, Yunanıstan və Cənubi Koreya tərəfindən dəstəklənib.

//APA