BMT Təhlükəsizlik Şurası Livandakı vəziyyətlə bağlı iclas keçirəcəkbackend

BMT Təhlükəsizlik Şurası Livandakı vəziyyətlə bağlı iclas keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT) sentyabrın 25-də Livandakı vəziyyətlə bağlı iclas keçirəcək.

Editor.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurası məlumat yayıb. “Sentyabrın 25-də BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə Livandakı vəziyyətlə bağlı brifinq planlaşdırılır”, – mənbə bildirib.

Bundan əvvəl Fransanın xarici işlər naziri Jan-Noel Barrot ölkəsinin Livandakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasının tərəfdarı olduğunu bildirib. Sentyabrın 17 və 18-də Livanın müxtəlif bölgələrində baş verən partlayışlardan sonra Yaxın Şərqdəki vəziyyət yenidən pisləşib. Ölkənin İnformasiya Nazirliyi hadisəni “İsrail təcavüzü” kimi qiymətləndirib.

Qeyd edək ki, sentyabrın 19-da İsrail Livan ərazisinə hava zərbələri endirməyə başlayıb. Radikal şiə təşkilatı Hizbullahın lideri Həsən Nəsrullahın çıxışı zamanı intensiv bombardmanlar başlayıb.

//Gülnarə Abasova, Editor.az