BMT Təhlükəsizlik Şurası Şimali Koreya ilə bağlı iclas keçirəcəkbackend

BMT Təhlükəsizlik Şurası Şimali Koreya ilə bağlı iclas keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Şimali Koreyanın raket sınaqları ilə əlaqədar iyunun 2-də iclası planlaşdırılıb. Editor.az TASS-a istinadən xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının geniş iş proqramında bildirilir. BƏƏ-nin daimi nümayəndəsi, BMT Təhlükəsizlik Şurasının sədri Lana Zəki Nuseyba bəzi dövlətlərin bu məsələ ilə bağlı müvafiq məsləhətləşmələr tələb etdiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl Reuters  Cənubi Koreya kəşfiyyatına istinadən Şimali Koreyanın uğursuz peyki buraxmağa “tələsdiyini” bildirmişdi. Mənbə qeyd edib ki, Şimali Koreyaya raket problemini həll etmək üçün ən azı bir neçə həftə lazım ola bilər. Eyni zamanda, Pxenyan hərbi kəşfiyyat peykinin buraxılmasının uğursuz olduğunu etiraf edib. Raket uçuş zamanı radarlardan itib. Onlardan bəzilərinin Koreya yarımadasının qərb sahillərində dənizə düşdüyü öyrənilib. .

//Gülnarə Abasova, Editor.az