BMT Təhlükəsizlik Şurası təcili toplanır: bu mövzu müzakirə olunacaqbackend

BMT Təhlükəsizlik Şurası təcili toplanır: bu mövzu müzakirə olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cümə günü, iyunun 23-də BMT Təhlükəsizlik Şurası rus işğalçılarının Kaxovskaya su elektrik stansiyasını partlatmasının nəticələrini və Zaporojye AES-də terror aktı təhlükəsini müzakirə etmək üçün iclas keçirəcək.

Editor.az “Ukrinform”a istinadən xəbər verir ki, görüşün təşəbbüskarı ABŞ və Albaniya olub. BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rosemary DiCarlo BMT adından çıxış edəcək, Ukraynadakı təhlükəsizlik və humanitar vəziyyətdən danışacaq. Görüş Kiyev vaxtı ilə saat 17:00-a planlaşdırılıb.

Yeri gəlmişkən, Rusiya da gələn həftə BMT Təhlükəsizlik Şurasının iclasını çağırmaq istəyir və bu iclasda “Qərbin Ukraynaya silah tədarükü və onların Ukrayna böhranının həlli üçün diplomatik səylərə təsirləri”ni müzakirə etməyi planlaşdırır.

 //Samir Qurbanov,Editor.az