BMT Təhlükəsizlik Şurası Ukrayna münaqişəsinə dair qətnamə layihəsini qəbul etdi: Rusiyanın “xətrinə” dəyəcək heç bir söz yoxdurbackend

BMT Təhlükəsizlik Şurası Ukrayna münaqişəsinə dair qətnamə layihəsini qəbul etdi: Rusiyanın “xətrinə” dəyəcək heç bir söz yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Təhlükəsizlik Şurası ABŞ-ın Ukrayna münaqişəsinə dair qətnamə layihəsinin lehinə səs verib. Sənəd neytral tonda yazılıb və Rusiyaya qarşı heç bir ittiham yoxdur.

BMT Təhlükəsizlik Şurasının 10 üzvü qətnamə layihəsinin lehinə səs verib. Səs verənlər arasında Rusiya, ABŞ və Çin də var. Böyük Britaniya və Fransa da daxil olmaqla 5 ölkə səsvermədə bitərəf qalıb.

Qətnamənin qəbulu üçün daimi üzvlərin, yəni ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransanın lehinə ən azı doqquz səs və veto qoymaması tələb olunur.

Qəbul edilmiş qətnamə iki bənddən ibarətdir: Ukraynadakı münaqişədə həlak olanların kədərini ifadə edən preambula və Ukrayna ilə Rusiya arasında “münaqişənin tezliklə dayandırılmasına və uzunmüddətli sülhün bərqərar olmasına” çağıran qətnamə.

//Samir Qurbanov, Editor.az