BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçdi: Moskva nələr planlaşdırır?backend

BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçdi: Moskva nələr planlaşdırır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyanın BMT Təhlükəsizlik Şurasına sədrlik müddəti başa çatıb. İyulun 1-də bu rol Rusiyaya keçib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Rusiya sədrliyi dövründə üç əsas tədbir planlaşdırıb. Onlardan biri daha ədalətli, demokratik və davamlı dünya nizamının qurulması üçün çoxtərəfli əməkdaşlığa dair açıq debat olacaq. İclas iyulun 16-na təyin edilib.

Növbəti gün, iyulun 17-də Yaxın Şərqdə nizamlanma ilə bağlı açıq müzakirələr keçiriləcək. Hər iki tədbirə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrlik edəcəyi gözlənilir. İyulun 19-da BMT və KTMT, MDB və ŞƏT arasında əməkdaşlığa dair debatların keçirilməsi də planlaşdırılır. Nebenzya bildirib ki, Rusiya Təhlükəsizlik Şurasına sədrliyi dövründə Sevastopol çimərliyinə ATACMS-dən istifadə etməklə baş verən hücumu da müzakirə edə bilərlər.

//Samir Qurbanov, Editor.az