BMT-nin baş katibi Antonio Quterreş təşkilatın Təhlükəsizlik Şurasında dəyişikliklərə ehtiyac olduğunu açıqlayıb.
Onun fikrincə, əks halda dünyada parçalanma hökm sürəcək. “21-ci əsrin iqtisadi və siyasi reallıqlarına əsaslanan çoxtərəfli strukturları dəyişdirməyin vaxtıdır”, – Quterreş deyib.
O, daha sonra qeyd edib ki, əks təqdirdə çatlar iqtisadi və ticarət əlaqələri xətti boyunca davam edəcək.
//Samir Qurbanov, Editor.az

