BMT Təhlükəsizlik Şurasının 5 yeni qeyri-daimi üzvü bəlli olubbackend

BMT Təhlükəsizlik Şurasının 5 yeni qeyri-daimi üzvü bəlli olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında 2023-2024-cü illər arasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında fəaliyyət göstərəcək 5 qeyri-daimi üzvün müəyyən edilməsi üçün səsvermə keçirilib. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Ekvador, Yaponiya, Malta, Mozambik və İsveçrə BMT Təhlükəsizlik Şurasına yeni üzv seçilib. İsveçrə tarixində ilk dəfədir ki, BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilir.

Qeyd edək ki, BMT-nin Təhlükəsizlik Şurasının 15 üzvü var. Onlardan 5-i daimi, 10-u isə qeyri-daimi üzvüdür. Qeyri-daimi üzvlərin fəaliyyəti 2 il olur. Hər bir üzv 1 ay Təhlükəsizlik Şurasına sədrlik edir. Qeyri-daimi üzvlər İrlandiya, Norveç, Hindistan, Keniya və Meksikanın səlahiyyət müddəti bu ilin sonunda başa çatır. 2023-cü ilin yanvarın 1-dən isə yeni qeyri-daimi üzvlərin fəaliyyəti başlayır.

//Gülnarə Abasova, Editor.az