BMT Təhlükəsizlik Şurası Qərbin Kiyevə silah tədarükü məsələsi ilə bağlı iclas keçirəcək, iclas Rusiyanın tələbi ilə sentyabrın 13-də baş tutacaq.
Editor.az xəbər verir ki, bu barədə teleqram kanalında Rusiya Federasiyasının dünya təşkilatındakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib. Diplomatın yazısında deyilir: “Biz sentyabrın 13-də Nyu-York vaxtı ilə saat 10:00-da (Moskva vaxtı ilə 17:00) Kiyev rejiminə Qərb silahlarının tədarükü ilə bağlı iclas keçiririk”.
Həmçinin qeyd olunub ki, Qərb ölkələrinin xahişi ilə BMT Təhlükəsizlik Şurası sentyabrın 10-da Ukraynadakı vəziyyətin humanitar ölçüləri ilə bağlı iclas keçirəcək.
//Gülnarə Abasova, Editor.az