BMT: Ukrayna müharibəsi ilə artan qalıq yanacaq investisiyaları iqlim dəyişikliyi ilə mübarizəyə mənfi təsir göstərirbackend

BMT: Ukrayna müharibəsi ilə artan qalıq yanacaq investisiyaları iqlim dəyişikliyi ilə mübarizəyə mənfi təsir göstərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada müharibə səbəbindən inkişaf etmiş ölkələrin qalıq yanacaqlara qoyduğu sərmayə iqlim dəyişikliyinə mənfi təsir göstərəcək.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avstriyada keçirilən Ümumdünya İqlim Konfransında videoformatda çıxış edən Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş deyib.

Quterreş bəyan edib ki, kömür, neft və qaza yeni investisiyalar müharibələrə səbəb olacaq, çirklənməni artıracaq və iqlim dəyişikliyini sürətləndirəcək.

Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra bəzi ölkələr daha böyük həcmdə qeyri-rus qalıq yanacaqları alıb və enerji təchizatını artırmaq üçün yeni neft yataqlarına və qaz yataqlarına sərmayə qoymağa başlayıblar.

//Gülnarə Abasova, Editor.az