BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Rusiya və Ukrayna müharibəsinin qlobal fəlakətə səbəb olacağını açıqlayıb.
Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, ÜƏP-in məlumatına görə, dünyada 47 milyon insan ərzaq böhranın qurbanı ola bilər. ÜƏP “Ukrayna Müharibəsi Səbəbindən Qida Təhlükəsizliyi” adlı hesabat hazırlayıb.
Hesabatda müharibənin qlobal arenada böyük təsir göstərəcəyi proqnozlaşdırılıb. Qeyd olunub ki, taxıl və enerji bazarında qlobal qiymət artımı müşahidə olunacaq. Bu da ərzaq ehtiyaclarını ödəyə bilməyən insanları çətin vəziyyətə salacaq.
Bu kontekstdə ÜƏP 81 ölkədə apardığı araşdırmalar nəticəsində qida təhlükəsizliyi ilə bağlı iki ssenari hazırlayıb. Birinci ssenariyə görə, dünyada 33 milyon insanın müharibə səbəbiylə şiddətli aclıqdan əziyyət çəkəcək. İkinci ssenariyə görə isə bu rəqəmin 47 milyona çatacağı təxmin edilir. Dünyada aclıqla mübarizə aparanlar da daxil olmaqla, aclıqdan əziyyət çəkənlərin ümumi sayının bu il 323 milyona yüksələ biləcəyi bildirilib.
//Editor.az

