BMT: Ukraynanı tərk edənlərin sayı 2 milyona çatıbbackend

BMT: Ukraynanı tərk edənlərin sayı 2 milyona çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada müharibə nəticəsində bu ölkəni tərk edən qaçqınların sayı 2 milyona çatıb. Bu barədə Birləşmiş Millətlər Təşkilatının(BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi məlumat verib.

Editor.az “BBC Türkiyə”yə istinadən verdiyi məlumata görə, bu gün keçirilən mətbuat konfransında Qrandi qaçqınların ikinci dalğasında birinci ilə müqayisədə daha həssas qrupların olduğunu vurğulayıb.

Filippo Qrandi qeyd edib ki, müharibə davam edərsə qaçqınların sayının artımı davam edəcək.

//Nəzərbəy Hacıağayev, Editor.az