BMT Zelenskinin planını Ukraynadakı münaqişənin həlli üçün əsas hesab edirbackend

BMT Zelenskinin planını Ukraynadakı münaqişənin həlli üçün əsas hesab edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Baş Assambleyası Ukrayna lideri Volodimir Zelenskinin Ukraynadakı münaqişənin həlli planını ölkədə vəziyyətin sabitləşdirilməsi üzrə danışıqlar prosesinin əsası hesab edir.

Editor.az xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyinə BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Frensis bildirib.

“Düşünürəm ki, (Zelenskinin planında – redaktorun qeydi) dialoqun əsasını təşkil edə biləcək çoxlu mühüm elementlər var”, – o deyib. Fransisin sözlərinə görə, bu dialoq doğru zamanda baş tutacaq. AP-nin məlumatına görə, BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Kiyevə son səfəri zamanı prezident Zelenski də daxil olmaqla, Ukrayna rəsmiləri ilə görüşərək sülh və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib. “O, bu yaxınlarda İsveçrədə keçirilən beynəlxalq görüşdə müzakirə edilən Zelenskinin sülh planını dəstəkləyəcəyini vəd edib”, – nəşr yazıb.

Bundan əvvəl “Washington Times” yazıb ki, dünyanın Ukrayna lideri Volodimir Zelenskiyə inamının azalması Rusiya ilə Ukrayna arasında sülh danışıqlarını yaxınlaşdırır.

//Gülnarə Abasova, Editor.az