Alman avtomobil nəhəngi BMW təbii qazdan asılılığını azaltmaq üçün günəş, geotermal və hidrogen də daxil olmaqla, yeni enerji investisiyalarını araşdırır.
Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMW-nin istehsal rəhbəri Milan Nedeljkovic deyib. Onun sözlərinə görə, Rusiya qazına qoyulan embarqonun sənayeni dayanma nöqtəsinə gətirəcək. 2021-ci ildə enerji istehlakının 54 faizini təbii qazla təmin edən BMW, obyektlərinə günəş panellərini harada əlavə edə biləcəyini araşdırır və yerli hakimiyyət orqanları ilə Almaniyanın Leypsiq şəhərindəki zavoduna hidrogeni nəql etmək üçün planlar hazırlayır.
“Hidrogen təbii qaza olan tələbatı azaltmaq və hətta tamamilə kompensasiya etmək üçün çox əlverişlidir”, – Nedeljkovic açıqlamasında bildirib.
//Gülnarə Abasova, Editor.az

