BNA hava şəraitinə görə sürücü və piyadalara müraciət etdibackend

BNA hava şəraitinə görə sürücü və piyadalara müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Nəqliyyat Agentliyi (BNA) hava şəraiti ilə əlaqədar sürücü və piyadaları diqqətli olmağa çağırıb.

Editor.az xəbər verir ki, Agentlikdən Trend-ə verilən məlumatda bildirilir ki, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına ehtiyatlı olmaq tövsiyə edilir:

“Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.

Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir”.