“China Eastern” şirkətinə məxsus Boeing 737 sərnişin təyyarəsi Çinin cənubunda qəzaya uğrayıb.
Bu barədə məlumatı Çin milli televiziyası yayıb.
Qəzaya uğrayan laynerin göyərtəsində 133 nəfərin olduğu məlum olub.
Ölən və yaralananlar barədə hələlik hər hansı məlumat yoxdur, axtarış-xilasetmə işləri davam etdirilir. Hadisə yerində meşə yanğınının başladığı deyilir.
360 telekanalı qəza yerindən görüntülər yayıb həmin görüntüləri təqdim edirik.
Pravda.az

