OS KANO 35 adlı 178 metr uzunluğundakı quru yük gəmisində Türkiyənin Kocaeli şəhərindən Rumıniyaya gedərkən İstanbul Boğazında nasazlıq baş verib.
Editor.az xəbər verir ki, Hadisə ilə bağlı xəbər alan Sahil Təhlükəsizlik Ümumi Müdirliyi hərəkətə keçərək müdaxilə edib.
Hazırda Sahil Polisinin xilasedici gəmiləri, gəmini qurtarmağa çalışır.
//Samir Qurbanov, Editor.az

