Boko Haramın Kamerunda hücumu: 16 mülki vətəndaş həlak olubbackend

Boko Haramın Kamerunda hücumu: 16 mülki vətəndaş həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Terror təşkilatı Boko Haramın Kamerunda təşkil etdiyi hücumda 16 mülki vətəndaş həyatını itirib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Boko Haram üzvləri Uzaq Şimal bölgəsindəki Liman qəsəbəsində dinc sakinlərə hücum edib. Hücumda 16 mülki vətəndaş həyatını itirib.Hücumdan sonra təhlükəsizlik qüvvələri bölgədə əməliyyata başlayıb.

Qeyd edək ki, 2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan Boko Haramın 2009-cu ildən bəri təşkil etdiyi kütləvi zorakılıqlarda 20 mindən çox insan həyatını itirib.

Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirir.

//Səbinə Hüseynli, Editor.az