Cənubi Asiyada Pakistan-Hindistan qarşıdurması fonunda regionda yeni diplomatik manevrlər və strateji oyunlar diqqət mərkəzindədir. Pakistanın Yaxın Şərqdə və Cənubi Asiyada artan siyasi və strateji nüfuzu bir sıra regional və beynəlxalq oyunçular tərəfindən narahatlıqla qarşılanır. Analitiklər bildirirlər ki, xüsusilə Türkiyə, Azərbaycan və İndoneziya ilə yaxın əməkdaşlıq edən Pakistanın güclənməsinin qarşısını almağa çalışan qüvvələr var.
Mütəxəssislər qeyd edirlər ki, Pakistan-Hindistan qarşıdurması yalnız iki ölkə arasındakı hərbi gərginlik deyil, həm də regional güc balansını müəyyən edən strateji prosesdir. Atəşkəs təşəbbüsləri və diplomatik manevrlər göstərir ki, Pakistan qonşuları və beynəlxalq oyunçular qarşısında mövqeyini qorumaq niyyətindədir. Hazırkı gedişat göstərir ki, bəzi oyunçular Hindistanı təşviq etsələr də, Pakistan strateji üstünlüyünü saxlamağa nail olub. Bu isə atəşkəsin qaçılmaz olduğunu və region üçün mühüm diplomatik sınaq olacağını göstərir.
Beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli Editor.az-a açıqlamasında bildirib ki, Pakistanın artan nüfuzuna qarşı bəzi ölkələr əks mövqe sərgiləyirlər:

“Bu məsələdə həm də müttəfiq ölkələr Pakistanın Yaxın Şərq siyasətində Türkiyə, Azərbaycan və İndoneziya ilə birgə güclənməsinin qarşısını almaq istəyirlər. Pakistan-Hindistan qarşıdurmasında bəzi qüvvələr Hindistanı təşviq etsə də, Pakistan bu prosesdə strateji üstünlüyünü qoruyub.
Bu prosesin ciddi nöqtəsini biz Konstanla savaşında da gördük. Əlbəttə, Pakistanı müəyyən məsələlərdə razılaşdırmağa çalışan qüvvələr var, lakin gedişat göstərir ki, onlara qalib gəlmək mümkün olmayıb. Bu səbəbdən variant dəyişdirildi və böyük ehtimalla atəşkəs razılaşdırılması əldə olunacaq”.
Əlibəyli vurğulayıb ki, Pakistanın regional və beynəlxalq səviyyədə mövqeyi diqqətlə izlənilir və atəşkəs təşəbbüsləri yalnız hərbi qarşıdurmanı dayandırmaqla kifayətlənmir, həm də Cənubi Asiyada strateji balansın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Ekspert qeyd edib ki, Pakistanın güclənməsi və diplomatik manevrləri bölgədəki oyunçuların davranışlarını yenidən nəzərdən keçirməsinə səbəb olub:
“Hazırkı proses göstərir ki, Pakistan strateji mövqeyini qorumaqda davam edir. Bu isə region üçün yeni diplomatik manevrlərin və potensial atəşkəs razılaşmalarının əsasını təşkil edir”.
// Gülnarə Abasova, Editor.az

