Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə də stəyi və Universitet Təhsilli Qadınlar İB-nin təşkilatçılığı ilə “Bölgələrdə Sahibkarlığın İnkişafı” layihəsinin görüşləri keçirilib.
Layihə bölgələrdə sahibkarlığı stimullaşdırmaq, gənc qızların biznesdə iştirakını artırmaq və iqtisadi fəallığı gücləndirmək məqsədi daşıyır. Tədbirdə gənc xanımlar iştirak edərək, biznes quruculuğu, dövlət dəstəyi və şəbəkələşmə imkanlarını müzakirə etdilər.
Layihənin əsas məqsədi yerli iqtisadiyyatın inkişafına və qadınların fəallığına dəstək olmaqdır.



