Boliviya beynəlxalq hava əlaqələrini qismən bərpa edirbackend

Boliviya beynəlxalq hava əlaqələrini qismən bərpa edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Boliviya ilk iki ölkə – İspaniya və ABŞ ilə sentyabrın 1-dən etibarən koronavirus səbəbiylə kəsilmiş müntəzəm uçuşları bərpa edəcək.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə dövlət müqavilələri, xidmətlər və yaşayış tikintiləri naziri İvan Arias bildirib.

“Kommersiya sərnişin və yük hava daşımalarını sərhədlərini açmış ölkələrlə bərpa edirik”, – nazir deyib. Onun sözlərinə görə, “istənilən şəxs” Boliviyaya təyyarə, o cümlədən turizm məqsədləri ilə gələ bilər. Giriş üçün sərnişinlər uçuşdan yeddi gün əvvəldən çox olmamaq şərti ilə alınan koronavirus testinin nəticələrini təqdim etməlidirlər.

Nazir qeyd edib ki, yaxın günlərdə ölkənin müvəqqəti hakimiyyəti Uruqvay və Braziliya ilə hava reyslərini də bərpa etmək üçün danışıqlara başlamağı planlaşdırır.

Boliviyada sentyabrın 1-dən karantinin yumşaldılma mərhələsi başlayır. Ölkəyə təyyarə ilə gəlmək mümkün olsada, yerüstü sərhəd bağlı qalacaq. Boliviya sakinlərinin evdən kənarda qalma müddətləri də uzadılacaq.