Bolqarıstan 70 rus diplomatını deportasiya edəcəkbackend

Bolqarıstan 70 rus diplomatını deportasiya edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arxada qoyduğumuz həftədə ölkə parlamentindən səs toplaya bilməyən Bolqarıstan baş naziri Kiril Pertov Rusiya ilə bağlı qərar verib. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, o 70 rus diplomatının ölkədən deportasiyası ilə bağlı sərəncam imzalayıb. Kiril Petrov açıqlamasında diplomatların ölkədən çıxarılmasının onların rus kəşfiyyatçısı olması ilə əlaqələndirib.

Baş nazirin qərarı ilə ölkədəki rus diplomatlarının sayı yarıbayarı azalıb. Qərardan sonra Bolqarıstanda cəmi 48 rus diplomatının fəaliyyətinə icazə verilib. Sofiya hökuməti bununla da kifayətlənməyib və Rusiyanın Yeketerenburq şəhərindəki konsolluğu da müvəqqəti olaraq bağlayıb.

Qeyd edək ki, bundan əvvəl də baş nazir ölkənin müdafiə nazirini Ukraynadakı müharibəni hərbi əməliyyatlar adlandırdığı üçün vəzifəsindən azad etmişdi.

//Nəzərbəy Hacıağayev, Editor.az