Bolqarıstan öz vətəndaşlarını mümkün qədər tez Rusiyanı tərk etməyə çağırdıbackend

Bolqarıstan öz vətəndaşlarını mümkün qədər tez Rusiyanı tərk etməyə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolqarıstan Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Rusiyanı mümkün qədər tez tərk etməyi tövsiyə edib.

Editor.az xəbər verir ki, bu barədə sentyabrın 27-də diplomatik idarənin mətbuat xidməti məlumat yayıb. “Mürəkkəb vəziyyətlə əlaqədar Bolqarıstan Respublikasının Xarici İşlər Nazirliyi Rusiya Federasiyasına səfərdən çəkinməyə çağırır və Rusiyada olan Bolqarıstan vətəndaşlarına hazırda mövcud nəqliyyat vasitələrindən istifadə edərək mümkün qədər tez ölkəni tərk etməyi düşünməyi tövsiyə edir”, – məlumatda deyilir.

Həmçinin, Rusiya Federasiyası ərazisində qalan vətəndaşlardan daha çox sayıq olmağa, çoxlu sayda insanın toplaşdığı yerlərdən çəkinməyə çağırılıb. Xarici İşlər Nazirliyi xatırladıb ki, Bolqarıstan vətəndaşları zərurət yaranarsa, Bolqarıstan Respublikasının Moskvadakı Səfirliyi və Bolqarıstan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğu ilə əlaqə saxlaya bilərlər.

  //Samir,Editor.az