Qara dənizdə NATO ölkələrinin Rusiya ilə birbaşa toqquşması baş verə bilər.
Editor.az “Euractiv”ə istinadən xəbər verir ki, bu sözləri Bolqarıstanın müdafiə naziri Todor Taqarev deyib. Onun fikrincə, Moskva Bolqarıstanın Qara dəniz iqtisadi zonasını əngəlləyir.
Taqarev Rusiya hakimiyyətini təxribatlarda ittiham edərək vurğulayıb ki, iqtisadi zonalarda əlavə təhlükəsizlik tədbirləri yalnız BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq NATO-nun fəaliyyəti ilə təmin edilə bilər.
“Bolqarıstan həm müstəqil, həm də NATO müttəfiqlərimizlə bu təxribatlara cavabı müzakirə edir”, – nazir bildirib.
Taqarev əlavə edib ki, Bolqarıstan Ukrayna limanlarından Bolqarıstan sularından keçəcək yük gəmilərinə Rusiyanın hücumu ilə bağlı ssenarilər hazırlamayıb.
Nazir hesab edir ki, hələlik belə risklər yoxdur. “Bu sular hər bir sahilyanı dövlətin suverenliyi altındadır və dövlət ərazisinin bir hissəsidir.
Ərazi dənizindəki hücum Bolqarıstan Respublikasına və bütövlükdə NATO-ya hücum sayıla bilər”, – Taqarev qeyd edib.
//Samir Qurbanov, Editor.az