Bolqarıstan Trampın NATO-nu qorumaqla bağlı bəyanatlarını qəbul edibbackend

Bolqarıstan Trampın NATO-nu qorumaqla bağlı bəyanatlarını qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolqarıstanın müdafiə naziri Todor Taqarev ABŞ prezidentliyinə namizəd Donald Trampın Vaşinqtonun müdafiə xərcləri ilə bağlı öhdəliklərini yerinə yetirməyən ölkələri müdafiə etməyəcəyi ilə bağlı açıqlamalarını qəbul edib.

Editor.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

O vurğulayıb ki, öhdəlik götürən müttəfiq ölkələr onlara hörmət etməli və öhdəlikləri yerinə yetirməlidir. O, həmçinin “Avropanı Şimali Amerikadan ayırmaq üçün addımlar atmamağa” çağırıb.

Bolqarıstan Müdafiə Nazirliyinin rəhbəri ölkəsinin üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdiyini də vurğulayıb. “Bu büdcənin təxminən üçdə biri müttəfiqlərimiz tərəfindən çox yaxşı qarşılanan yeni döyüş qabiliyyətinə investisiyalardan ibarətdir. Təcavüzkar ölkəyə NATO ərazisinin bir kvadrat santimetri belə verilməyəcək”, – Taqarev vurğulayıb.

Qeyd edək ki, fevralın 11-də ABŞ-ın keçmiş prezidenti Donald Tramp Cənubi Karolinada seçki kampaniyası zamanı bildirib ki, yenidən seçiləcəyi təqdirdə müdafiəyə kifayət qədər pul xərcləməyən NATO ölkələrini müdafiə etməyəcək, hətta Rusiyanın belə ölkələrə mümkün hücumlarını təşviq edəcək. ABŞ-ın hazırkı prezidenti Co Bayden hesab edirdi ki, Tramp öz bəyanatları ilə Rusiya prezidenti Vladimir Putini NATO-ya hücum etməyə təhrik edir.

//Gülnarə Abasova, Editor.az