Bolqarıstan Milli Assambleyası çərşənbə günü Bolqarıstan Daxili İşlər Nazirliyinin silinmiş 100 zirehli transportyorunun Ukraynaya verilməsi haqqında Sofiya və Kiyev arasında hökumətlərarası sazişi ratifikasiya edib.
Editor.az bildirir ki, bu barədə “Nova.bg” məlumat yayıb. Bolqarıstanlı deputatlar öz qərarı ilə Bolqarıstan Daxili İşlər Nazirliyi ilə Ukrayna Müdafiə Nazirliyi arasında “zirehli texnikanın pulsuz verilməsi” haqqında sazişləri ratifikasiya etdilər. Qərarı koalisiya partiyalarından – GERB-SDS, “Davamlı Dəyişiklik – Demokratik Bolqarıstan”, o cümlədən “Hüquq və Azadlıqlar Hərəkatı” və “Belə insanlar var” partiyalarından 152 deputat dəstəkləyib.
Sosialistlər və Rusiyayönlü “Dirçəliş partiyası”nın nümayəndələri qərarın əleyhinə səs veriblər.
//Samir Qurbanov, Editor.az

