Bolqarıstanda kütləvi etiraz aksiyaları başlayıbbackend

Bolqarıstanda kütləvi etiraz aksiyaları başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolqarıstanın paytaxtı Sofiyada “böyük xalq üsyanı” adı altında kütləvi etiraz aksiyaları başlayıb.

TASS agentliyi xəbər verir ki, etirazlar yay tətilindən sonra Bolqarıstan parlamentində keçirilən ilk iclas gününə planlaşdırılıb.

Məlumata əsasən, etirazçılar parlament binasını mühasirəyə alan polislərə yumurta atıblar.

Nümayişçilər Bolqarıstanın Baş naziri Boyko Borisovun rəhbərlik etdiyi hökumət üzvlərinin və Baş prokuror İvan Qeşevin istefasını tələb edir.