Bolqarıstandakı yeganə atom elektrik stansiyası Rusiya yanacağı ilə işləməkdən imtina edibbackend

Bolqarıstandakı yeganə atom elektrik stansiyası Rusiya yanacağı ilə işləməkdən imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna müharibəsinin onuncu ayında Bolqarıstandakı yeganə atom elektrik stansiyası Rusiya yanacağı ilə işləməkdən imtina edib.

Editor.az bildirir ki, Amerikanın Westinghouse şirkətinin məlumatına görə, dekabrın 22-də şirkət Bolqarıstandakı Kozloduy AES-in nüvə yanacağının tədarükünə dair 10 illik müqavilə imzalayıb. 5-ci blokda Westinghouse yanacağı istifadə olunacaq. Stansiya 2024-cü ildə yeni yanacaq istifadəsi üçün lisenziya almağı planlaşdırır.

Altıncı enerji blokunun yanacağın tədarükünə dair analoji müqavilə ilin sonuna kimi Rusiyanın TVEL şirkətindən yanacaq istehsalı üçün lisenziyaya malik Fransanın Framatome şirkəti ilə imzalanacaq.

//Gülnarə Abasova, Editor.az